Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon Tarix Diyarşünaslıq Muzeyi "Nurlu sima" adlı tədbir keçirmişdir

09 may 2023 | 09:47

08 may 2023-cü il tarixdə Qəbələ Rayon Tarix Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar "Nurlu sima" adlı tədbir keçirilmişdir.  Muzeyin direktoru Bəxtiyar Vəliyev tədbiri giriş sözü ilə açaraq Ümummilli Lider Heydər Əliyevin əvəzedliməz xidmətləri  və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin  təşəkkülü, milli dəyərlərə qayıdış, elmin, təhsilin, mədəniyyətin  inkişafı sahəsində böyük əməyini  vurğulamışdır. Tədbirə iştirak edən Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin, Dövlət Rəsm Qalereyasının, rayonun məktəbəqədər təhsil və ümumtəhsil müəssisələrinin nümayəndələrinin əl işləri, rəsm əsərləri nümayiş edilmiş, uşaqların ifasında şeirlər səsləndirilmişdir. Sonda sərgidə xüsusi fəallıq gösdərənlər fəxri fərmanla təltif edilmişlər.

 

Keçidlər