Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda “Ümummilli Lider Heydər Əliyevin anım günü”nə həsr edilmiş futzal üzrə xatirə turniri keçirilir

15 noyabr 2022 | 18:20

15 noyabr 2022-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyəti və rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin anım günü”nə həsr edilmiş rayonun idarə, müəssisə və təşkilatları arasında keçirilən futzal idman növü üzrə xatirə turnirinə Olimpiya İdman Kompleksində start verildi. Turnirin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanımızın inkişafı naminə gördüyü işləri, dahi Liderin ölkəmizin iqtisadi potensialının güclənməsi sahəsindəki fəaliyyətini, hər bir sahədə olduğu kimi idman sahəsində də apardığı islahatları ictimaiyyətə çatdırmaq,  həmçinin futzal idman növünün kütləviliyinə nail olmaq, yarış iştirakçılarının idman ustalıqlarının artırılması və təkmilləşdirilməsini təmin etməkdən ibarərdir. Turnirə Qəbələ Rayon İcra Hakimiyyəti, rayon polis şöbəsi, təhsil sektoru, Qəbələ Hava Limanı, FHN Şimal-Qərb Regional Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Səfərbərlik və HXÇDX-nin Qəbələ rayon şöbəsi, 9 saylı Ərazi Reyest İdarəsi, Qəbələ ASAN Xidmət Mərkəzi, FHN-nin N saylı hərbi hissəsi, 10 saylı Ərazi Vergilər İdarəsi və “Xanlar” istirahət mərkəzinin komandaları qatılıb. Dairəvi sistem üzrə keçirilən turnirdə 12 komanda 3 qrupda mübarizə aparacaq, hər qrupdan 2 komanda növbəti turda görüşəcəklər. Çempionatın ilk günündə Rayon Polis Şöbəsinin komandası rayon təhsil sektorunun komandasına 4-2 hesabı ilə qalib gəlmiş, FHN Şimal-Qərb Regional Mərkəzinin komandası ilə Hava Limanının komandası 3-3 hesabı ilə oyunu başa vurmuşlar.

Keçidlər