Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunun ümumi təhsil müəssisələrində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir

10 dekabr 2022 | 08:55

Qəbələ rayon ümumi təhsil müəssisələrində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Dəyirmi masa”, inşa müsabiqəsi, elmi-praktiki konfrans və idman yarışları təşkil edilmişdir. Təhsil  müəssisələrinin  pedaqoji kollektivlərinin, şagirdlər və valideynlərin iştirak etdiyi anım tədbirlərində öncə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, müstəqilliyə gedən yolumuzu işıqlandıran, müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat verilmiş, dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğu vurğulanmışdır. “Heydər Əliyev irsini öyrənirik, “Heydər Əliyev Azərbaycan gəncliyinin əbədi nümunəsidir”  və digər mövzularda keçirilən sislsilə tədbirlərdə məktəblilər ulu öndərə həsr olunan şeirlər söyləmiş, mahnılar ifa etmiş və ədəbi-bədii kompozisiyalar nümayiş etdirmişlər.

Keçidlər