Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ  rayonunun ümumtəhsil müəssisələrində Zəfər Gününə həsr olunmuş  silsilə  tədbirlər  keçirilir

05 noyabr 2022 | 17:40

Qəbələ rayonunun ümumtəhsil müəssisələrində 8 Noyabr Zəfər Gününə həsr olunmuş seminarlar, mühazirələr, “Açıq dərs”lər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm  sərgiləri, intellektual oyunlar təşkil edilmiş, “Zəfərin mübarək, Azərbaycan!”, “Xarı  bülbül qoxulu  Zəfər  Günü” adlı  tədbirlər keçirilmişdir. Tədbirlərdə canlarını ölkəmizin  ərazi  bütövlüyü  və suverenliyi  uğurunda qurban  vermiş şəhidlərimizin  müqqədəs xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın  tarixinə  qızıl hərflərlə  yazılmış Zəfər Günü, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə    Vətən  müharibəsində qabaqcıl  hərbi texnika və  texnologiyalardan  məharətlə  istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması, xalq-ordu birliyi barədə geniş məlumat verilmiş, məktəblilərin ifasında Böyük Zəfərə həsr olunmuş şeir kompozisiyalar dinlənilmişdir. Təhsil müəssisələrində, həmçinin Vətən müharibəsində  qəhrəmanlıq göstərən  əsgər və zabitlərlə, qazilərlə, şəhidlərin ailə üzvləri  ilə görüşlər keçirilib, onların həyat və  mübarizə yolunu əks etdirən videoçarxlar  nümayiş olunub.

Keçidlər