Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində “Şuşa sən Azadsan” adlı  tədbir keçirilib  

02 sentyabr 2022 | 11:20

2022-ci ilin Şuşa ili elan edilməsi ilə əlaqədar 01.08.2022-ci il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Şuşa sən Azadsan” adlı  tədbir keçirilib. Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qəbələ  Bölməsinin, İncəsənət məktəbinin nümayəndələri, şəhid və qazi ailələri, mərkəzin könüllüləri və mərkəzin qeydiyyatında olan uşaqlar iştirak edib. Öncə tədbirdə Azərbaycan Respublikasının Dövlət  Himni səsləndirilib. Ölkəmizin  ərazi bütövlüyü uğrunda canından  keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər  Qarabağın, o cümlədən Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan söz açıblar. Sonda şeirlərdən ibarət kompozisiya səsləndirilib, Şuşa şəhərinə həsr edilmiş videoçarxlar  nümayiş etdirilib.

Keçidlər