Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə 10 yaşayış məntəqəsini əhatə edən yollar yenidən qurulub 

28 oktyabr 2022 | 12:36

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı" Dövlət Proqramına uyğun olaraq, Qəbələ rayonunda 25 kilometr uzunluğa malik və 4 istiqamət üzrə 10 yaşayış məntəqəsini əhatə edən yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması işləri yekunlaşıb. Bu, Bunud-Həzrə (5,3 kilometr), Zarağan-Aydınqışlaq (3,2 kilometr), Hacıalılı-Ovcullu-Mamaylı-Bayramkoxalı (10,4 kilometr) və Şamlı-Tövlə (6,1 kilometr) avtomobil yollarıdır. Yenidənqurma işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələrin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılıb. Beləliklə, ümumi uzunluğu 25 kilometrdən çox olan və 13 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini əhatə edən bu yolların yenidən qurulması gediş-gəlişi asanlaşdıracaq.

Keçidlər