Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbələdə 2 iyul – Azərbaycan Polisi Günü qeyd olunmuşdur

02 iyul 2022 | 11:32

2 iyul – Azərbaycan Polisi Günü  münasibətilə Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının nümayəndələrinin, rayon polis idarəsinin əməkdaşları və veteran polislərin iştirakı ilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə Ümumilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsinə öz ehtiramlarını bildirmişlər. Tədbirdə çıxış edən polis şöbəsinin rəisi, polis polkovniki Nadir Məmmədov Azərbaycan polisinin yarandığı gündən dövlətçiliyimizin və qanunlarımızın keşiyində sayıq dayandığını, vətəndaşların hüquqlarının qorunmasında, ictimai asayişin möhkəmlənməsində əvəzsiz xidmətləri olduğunu diqqətə çatdırmış, Ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində Azərbaycanda milli polisin formalaşdığını, dövlətçiliyimizin dayaqlarından biri kimi çevik quruma çevrildiyini və möhtərəm Prezident cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində polisin öz peşəkarlığını durmadan artırdığını, vətəndaşların rahatlığı üçün bütün qüvvəsini səfərbər etdiyini qeyd etmiş və polis əməkdaşlarını peşə bayramları münasibətilə təbrik etmişdir.

Keçidlər