Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “20 Yanvar – Ümumxalq Hüzn Günü” münasibətilə şəhidlər xiyabanı ziyarət edilmişdir

20 yanvar 2023 | 12:33

20 yanvar 2023-cü il tarixində Ümumxalq Hüzn Günü ilə əlaqədar rayon icra hakimiyyətinin hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların əməkdaşları, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, qazilər və rayon ictimaiyyətinin nümayəndələri Qəbələ Rayon Şəhidlər Xiyabanı  kompleksini ziyarət edərək, şəhidlərin xatirəsini böyük ehtiramla yad etmiş, məzarların üzərinə və xatirə lövhələrinin qarşısına  gül dəstələri düzmüş, şəhidlərin ruhuna dualar oxunmuşdur. 20 Yanvar –Ümumxalq Hüzn Günü ilə bağlı saat 12:00-da Qəbələ rayonu ərazisində şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Keçidlər