Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbələdə "26 iyun Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü" ilə əlaqədar maarifləndirici tədbir keçirilmişdir

09 iyun 2022 | 17:34

09 iyun 2022-ci il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "26 iyun Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü"nə həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə həmçinin hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, eləcə də QHT və vətəndaş cəmiyyətlərinin nümayəndələri iştirak etmişdir. Çıxış edən RİH başçısının müavini Ətayə Osmanova qonaqları salamlayaraq dövlət tərəfindən narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərindən bəhs etmişdir. Sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun üzvü Vasif Quliyev gənclərlə bu mövzuda geniş maarifləndirici söhbət aparmış, komissiyanın gördüyü işlər barədə məlumat vermişdir. Tədbir diskusiya şəklində davam etdirilmişdir. Daha sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə komissiyasının işçi qrupunun üzvü Vasif Quliyev və rayon icra hakimiyyətində fəaliyyət göstərən komissiyanın üzvləri ilə  birlikdə dəyirmi masa arxasında müşavirə keçirilmiş, qarşıda duran məsələlər müzakirə edilmişdir.

Keçidlər