Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə 8 noyabr “Zəfər Günü” qeyd olunmuşdur

08 noyabr 2022 | 14:10

Bu gün Qəbələdə 8 Noyabr “Zəfər Günü” münasibətilə ümumrayon tədbiri keçirilmişdir.  Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri öncə  ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, sonra şəhid ailələri, qazilər, vətən müharibəsi iştirakçıları ilə birgə torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksəlmiş şəhidlərin xatirəsinə ucaldılmış Şəhidlər Xiyabanı kompleksində şəhidlərin xatirəsini ehtiramla yad edərək önünə gül dəstələri düzmüşlər. Daha sonra Qəbələ Mədəniyyət Mərkəzində təşkil edilmiş Vətən müharibəsi şəhidlərinin fotoşəkillərindən və məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilmiş və tədbir Mədəniyyət Mərkəzinin zalında davam etmişdir. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Vətən yolunda, torpaq uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Ordu quruculuğu strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən çox böyük uğurla davam etməsindən, onun bir çağırışıyla dəmir yumruq kimi birləşən ordu-xalq birliyinin əzmlə mübarizə aparmasından və qalib gəlməsindən bəhs etmiş, şəhidlərə Allahdan rəhmət, şəhid ailələrinə səbir diləmiş, qazilərə can sağlığı arzulamışdır. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin rəisi polkovnik Anar Ağabəyov çıxış edərək bayram münasibətilə Azərbaycan xalqını təbrik etmiş, müharibə zamanı Ordumuzun keçdiyi döyüş yolundan bəhs etmişdir. Şəhid atası Əbülfəz Abdurrahmanov və Məmmədağalı kənd tam orta məktəbin müəllimi, Vətən müharibəsi iştirakçısı Elşad Abdurahmanov çıxışlarında müharibədə əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqlardan söz açaraq, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər. “Zəfər Günü” tədbiri məktəblilərin ifasında hazırlanmış şeir-kompozisiya ilə davam etmişdir.

     

    

     

   

   

   

   

   

   

   

   

   

Keçidlər