Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə avstriyalı mütəxəssislərin iştirakı ilə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri üçün təlim keçirilir

03 fevral 2023 | 10:41

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin qarşılıqlı əməkdaşlığı çərçivəsində Qəbələ rayonu Tufandağ xizək sürmə mərkəzində xilasedicilər üçün təlim keçirilir. Təlimlər (29 yanvar - 04 fevral tarixlərində) qar uçqunları zamanı axtarış-xilasetmə üzrə aparılır. FHN-in müvafiq qurumlarının şəxsi heyət və texnikaları, xüsusi təlim görmüş itlər təlimə cəlb edilib. Nəzəri və praktiki hissədən ibarət olan təlimin gedişində avstriyalı mütəxəssislər tərəfindən şəxsi heyətə qar uçqunları zamanı istifadə olunan müasir axtarış-xilasetmə texnika və avadanlıqları, onların taktiki-texniki xüsusiyyətləri və istifadə qaydaları, qar uçqunu altında qalan zərərçəkmişlərin xilas edilməsi və təxliyəsi, müvafiq təhlükəsizlik qaydaları üzrə məşğələlər keçirilir. Təlimin praktiki hissəsində avstriyalı mütəxəssislərin təlimatları əsasında xilasedicilər mürəkkəb relyefli dağlıq ərazilərdə əlverişsiz hava şəraitində axtarış-xilasetmə işlərinin təşkili, qar uçqunu altında qalmış zərərçəkmişlərin xilasetmə avadanlıqlarından istifadə etməklə axtarışı, xilas olunması, ilkin yardımın göstərilməsi üzrə praktiki tapşırıqları yerinə yetirirlər.Təlimi uğurla başa vuran xilasedicilərə Avstriya Daxili İşlər Nazirliyinin müvafiq sertifikatları təqdim olunacaq.

Keçidlər