Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsinə dair” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

31 oktyabr 2022 | 14:14

31 oktyabr 2022-ci il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin və Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon polis şöbəsinin  rəhbərliyinin, polis veteranlarının, Polis Akademiyasının əməkdaşlarının və Qəbələ rayon ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin iştirakı ilə “Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsinə dair” tədbirlər planına uyğun olaraq maarifləndirici seminar-müşavirə keçirilmişdir. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhadətə ucalmış şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki - Nadir Məmmədov tədbirin keçirilməsində əsas məqsədin yeniyetmə və gənclərimizin təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi olduğunu bildirmişdir. Çıxış edən Polis Akademiyasının tədris-metodik şöbəsinin rəisi, polis polkovniki - Fərhad Əliyev Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı şagirdlərə ətraflı məlumat vermiş, Akademiyada gənclərimizin inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar və asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən danışmışdır. Sonda Polis Akademiyasındakı tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.

Keçidlər