Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə orta təhsili qızıl və gümüş nişanla bitirmiş və ali məktəblərə keçirilən imtahanlarda yüksək nəticə əldə etmiş məzunlarla görüş keçirilmişdir

05 avqust 2022 | 16:34

05 avqust 2022-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətində 2021-2022-ci tədris ilində orta təhsili qızıl və gümüş nişanla bitirmiş və  ali məktəblərə keçirilən imtahanlarda yüksək nəticə əldə etmiş məzunlarla görüş keçirilmişdir. Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini və torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksəlmiş şəhidlərin xatirəsinə ucaldılmış Şəhidlər Xiyabanı kompleksini ziyarət etmiş, xatirələrini ehtiramla yad edərək önünə gül dəstələri düzmüşlər. Sonra Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ali məktəblərə qəbul olunmuş gəncləri təbrik edərək, onlara təhsildə və gələcək həyatlarında müvəffəqiyyət arzulamış, bildirmişdir ki, ölkəmizin sürətli inkişafında yeni zirvələrin fəth edilməsi yüksək intelektli, bacarıqlı kadrlardan asılıdır. Ona görə də ali məktəblərə qəbul olunmuş gənclər biliklərə daha səylə yiyələnməli, öz ixtisaslarının əsil bilicisi olmalıdırlar. RİH başçısı qeyd etmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızda, o cümlədən rayonumuzda təhsilin ən müasir səviyyəyə qaldırılması üçün hər cür şərait yaradılmışdır və proses ardıcıl olaraq davam edir. Sonda orta təhsili qızıl və gümüş nişanla bitirdiklərinə və təhsil müəssisələrində keçirilən qəbul imtahanlarında yüksək nəticə əldə etdiklərinə görə məzunlara rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim edilmişdir. Tədbirdə iştirak edən məzunlar onlara yüksək təhsil almaq üçün hər cür şərait yaradıldığına görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər