Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə Şahdağ Milli Parkının yanğına məruz qalmış ərazisi bərpa olunur

28 noyabr 2022 | 17:36

Yanğına məruz qalmış ərazilərin bərpası məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən növbəti meşəbərpa tədbiri Şahdağ Milli Parkının Qəbələ bölməsinin Bum meşəbəyliyinin ərazisində keçirilib.Yay aylarında yanğına məruz qalmış ərazi əkinə hazır vəziyyətə gətirilib və Şahdağ Milli Parkının əməkdaşlarının iştirakı ilə ərazidə yerli şəraitə uyğun 1000-dən artıq göyrüş, ağcaqayın ağacı əkilib, toxum səpilib. Keçirilən meşəbərpa tədbirləri zamanı Regional Meşə Təsərrüfatı mərkəzlərinin tinglik sahələrində yetişdirilmiş ağac tinglərindən və milli parkdakı ağaclardan toplanmış toxumlardan istifadə olunub.

 

Keçidlər