Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə şəhid İdrisov Ruslan Qalib oğlunun xatirəsini əbədiləşdirmək məqsədilə bulaq kompleksi inşa edilib

04 avqust 2022 | 15:17

04  avqust  2022-ci il tarixdə Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Ruslan İdrisovun xatirəsini əbədiləşdirmək məqsədilə şəhidin yaşadığı Qəbələ şəhər Muxtar Abduyev küçəsində yerləşən binanın qarşısında inşa edilmiş bulaq kompleksinin açılış tədbiri keçirilmişdir.  Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələrinin, şəhidin ailə üzvlərinin, təhsil aldığı məktəbin kollektivinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhidlərin şərəfli döyüş yollarından danışmış və onların xatirələrinin heç bir zaman unudulmayacağını vurğulamışlar. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər