Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə şəhid İmaməddin Yusifovun xatirəsini əbədiləşdirmək məqsədilə bulaq kompleksi inşa edilib

20 iyul 2022 | 15:59

20 iyul 2022-ci il tarixdə Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış İmaməddin Yusifovun doğum günü münasibətilə doğulduğu Mıxlıqovaq  kəndində xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş bulaq kompleksinin açılış tədbiri keçirilmişdir.  Rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərlərinin, şəhidin ailə üzvlərinin, təhsil aldığı məktəbin kollektivinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Mıxlıqovaq kənd məzarlığında Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilmiş, üzərinə gül dəstələri qoyularaq, xatirələri ehtiramla yad edilmiş, ruhlarına dualar oxunmuşdur. Bulaq kompleksinin açılış tədbirində çıxış edənlər 2020-ci il sentyabrın 27-də başlanan və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhidlərin şərəfli döyüş yollarından danışmış və onların xatirələrinin heç bir zaman unudulmayacağını vurğulamışlar. Sonda məktəblilərin ifasında hərbi vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmişdir. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər