Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə Vətən müharibəsi şəhidi İqbal Babayevin xatirəsinə inşa edilmiş kompleksin açılışı olub

10 sentyabr 2022 | 11:42

10 sentyabr 2022-ci il tarixdə Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış İqbal Babayevin doğum günü münasibətilə Qəbələ şəhərində şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilən  kompleksin açılışı olub. Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələrinin, şəhidin ailə üzvlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi xatirə kompleksinin açılışında çıxış edənlər 2020-ci il sentyabrın 27-də başlanan və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhidlərin şərəfli döyüş yollarından danışmış,  onların xatirələrinin heç bir zaman unudulmayacağını vurğulamışlar. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər