Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbələdə yeni məktəb binası istifadəyə verilmişdir

15 sentyabr 2022 | 16:45

15 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 iyul 2020-ci il tarixli sərəncamına əsasən tikilmiş Qəbələ rayon Zarağan kənd 1 nömrəli tam orta məktəbin binasının açılış mərasimi keçirilmişdir. Azərbaycan Respublikası Elm vəTəhsil nazirinin müavini İdris İsayevin, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin, kənd ictimaiyyətinin, məktəbin müəllim və şagird kollektivinin, KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə öncə sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində törətdiyi genişmiqyaslı təxribatına cavab olaraq ordumuz tərəfindən həyata keçirilən əməliyyatlar zamanı şəhadətə yüksələn şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Elm və Təhsil nazirinin müavini ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi üçün həyata keçirilən mühüm tədbirlərdən söz açmışdır.  Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev isə çıxışında ulu öndər Heydər Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğının bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, rayonda gedən sosial-iqtisadi inkişafdan bəhs edərək, son illər rayonumuzda 40-a yaxın məktəb binasının və məktəbəqədər təhsil müəssisəsinin tikilməsini qeyd etmiş, yeni tədris ilinin başlanması münasibətilə məktəb kollektivini və valideynləri təbrik etmişdir. Daha sonra məktəbdə yaradılan şəraitlə tanış olunmuşdur.

Keçidlər