Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Qəbələ”nin U-19 komandası Gənclər Liqasının qalibi olub

11 may 2022 | 13:14

“Qəbələ”nin U-19 komandası Gənclər Liqasının çempionatında XXV turdan təxirə salınan “Qarabağ”la səfər oyununda 6:0 hesabı ilə qalib gəlib. 23 görüşdən sonra xal hesabını 59-a çatdıran Zaur Hacıyevin baş məşqçi olduğu komandamız sonuncu turun nəticələrindən asılı olmayaraq  qızıl medalları təmin edib. Bu, “Qəbələ”nin Gənclər Liqasında 7-ci çempionluğudur. Komandamız 2012/13, 2015/16, 2017/18, 2018/19, 2019/20 və kubok formatında keçirilən 2020/21 mövsümlərinin qalibi olub. Bu ilki çempionatda da komandaya uğurlar arzulayırıq.

Keçidlər