Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün" adlı sərgi-tədbir keçirilib

26 sentyabr 2022 | 18:27

26 sentyabr 2022-ci il tarixində Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün" adlı sərgi-tədbir  keçirilib. Öncə vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub. Vətən müharibəsinin şəhidlərinin ailə üzvlərinin, qazilərin də iştirak etdiyi tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib, müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd ediblər. Sonda şəhidlərim şəxsi əşyalarının yer aldığı sərgiyə baxış keçirilmişdir.

Keçidlər