Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonumuzdan olan yaralanmış hərbi qulluqçuların ailə üzvləri evlərində ziyarət edilmişdir

22 sentyabr 2022 | 11:45

Azərbaycan-Ermənistan dövlət sərhədində 12-14 sentyabr 2022-ci il tarixlərində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata cavab olaraq ordumuz tərəfindən həyata keçirilən əməliyyatlar zamanı yaralanmış hərbi qulluqçuların ailə üzvləri Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən evlərində ziyarət edilmiş, onlarla mənəvi-psixoloji söhbətlər aparılmış və problemləri ilə maraqlanılmışdır. Hərbi qulluqçuların ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər