Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Bayramkoxalı kəndində səyyar qəbul keçirilmişdir.

21 sentyabr 2022 | 17:54

21 sentyabr 2022-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Bayramkoxalı kəndində növbəti səyyar qəbul keçirmişdir. Rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd ictimaiyyət nümayəndələrinin iştirak etdiyi qəbulda rayon icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda bölgələrə göstərilən xüsusi diqqət və qayğıdan, eləcə də Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən ətraflı söz açmışdır. Sonra kənd sakinləri dinlənilmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilmiş, bir qisminin həlli istiqamətində aidiyyatı üzrə müvafiq tapşırıqlar verilmişdir. Kənd sakinləri görülmüş işlərə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər