Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Hacıalılı kəndində növbəti səyyar qəbul keçirilmişdir

18 aprel 2023 | 15:21

18 aprel 2023-cü il tarixində Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin  Hacıalılı kənd sakinləri ilə səyyar qəbulu keçirilmişdir. Rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərlərinin və kənd sakinlərinin iştirak etdiyi qəbulda RİH başçısı son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışmış, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamışdır. Qəbul zamanı kənd sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapmış, bəzi məsələlərin həlli istiqamətində isə RİH Başçısı tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilmişdir.  Kənd sakinləri  son illər rayonumuzda geniş vüsət alan abadlıq-quruculuq işlərindən Hacıalılı kəndinin də kənarda qalmadığını qeyd etmiş, ərazidə olan sosial problemlərin həllinə göstərilən qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər