Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Kürd kəndində səyyar qəbul keçirilmişdir

01 iyun 2023 | 15:03

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Kürd kənd sakinləri ilə səyyar qəbulu keçirilmişdir. Rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərlərinin və kənd sakinlərinin iştirak etdiyi qəbulda RİH-nin başçısı ölkəmizdə qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə rayonumuzda aparılan quruculuq işlərindən və qarşıda duran vəzifələrdən ətraflı danışmışdır. Sonra kənd sakinləri dinlənilmiş, sakinləri narahat edən sosial problemlərin bir qismi yerindəcə həll edilmiş, bir qisminin həlli nəzarətə götürülmüşdür. Vətəndaşlar əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlara görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər