Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Mamaylı kəndində səyyar qəbul keçirilmişdir

16 noyabr 2022 | 16:22

Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev rayonun Mamaylı kəndində səyyar qəbul keçirmiş, kənd sakinlərini qəbul edərək onların müraciətlərini dinləmişdir. Hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi qəbulda rayon icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda bölgələrə göstərilən xüsusi diqqət və qayğıdan, eləcə də Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır. Qəbul zamanı kənd sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapmış, bəzi məsələlərin həlli isə nəzarətə götürülmüşdür. Kənd sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər