Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun ümumtəhsil məktəblərində 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

01 avqust 2022 | 18:14

Qəbələ rayonunun ümumtəhsil məktəblərində silsilə şəklində keçirilən 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Çıxış edənlər ana dilimizin keçdiyi inkişaf yolu, dilimizə göstərilən dövlət qayğısından bəhs etməklə yanaşı  dilimizin tarixin müxtəlif dövrlərində ərəb-fars dillərinin təsirinə məruz qalması, Sovet hakimiyyəti illərində tariximizə, eləcə də dilimizə qarşı yeridilən yadlaşdırma siyasətindən söz açmışlar. Bildirilmişdir ki,  Azərbaycan dilinin qorunmasında və inkişafında ulu öndər Heydər Əliyevin rolu əvəzsizdir. Ümummilli liderin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl tədbirlər, qəbul etdiyi qərarlar doğma ana dilimizin bugünkü inkişaf səviyyəsinə çatmasında olduqca mühüm əhəmiyyət kəsb edir. Tədbirlərdə şagirdlər ana dilimizə həsr edilən şeirlər söyləmiş, ədəbi-bədii kompozisiyalar nümayiş etdirmişlər.

Keçidlər