Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun ümumtəhsil müəssisələrində “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirləri keçirilir

03 may 2023 | 11:43

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində rayonun ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Silsilə tədbirlər çərçivəsində müəllim və şagird kollektivləri tərəfindən ardıcıl olaraq Ulu Öndərin abidəsi və Heydər Əliyev Mərkəzi ziyarət edilir, şagirdlər arasında müxtəlif idman yarışları, rəsm və şeir müsabiqələri, əl işlərindən ibarət sərgilər təşkil olunur, Ulu Öndərin həyat və fəaliyyəti haqqında sənədli filmlər nümayiş etdirilir. Bundan əlavə məktəblərdə Ümummilli Liderə həsr olunmuş divar qəzetləri, bülletenlər hazırlanır, açıq dərslər və dəyirmi masalar keçirilir. İl ərzində  tədbirlər davam etdiriləcəkdir.

Keçidlər