Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Yengicə kəndində səyyar qəbul keçirilmişdir

12 may 2022 | 17:28

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin əhali ilə növbəti səyyar qəbulu Yengicə kəndində keçirilmişdir. Rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə və digər xidmət təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak etdiyi qəbulda rayon icra hakimiyyətinin başçısı görüş iştirakçılarına Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan quruculuq-abadlıq işlərindən, həyata keçirilən sosialyönümlü islahatlardan, iqtisadi sahədə əldə olunan uğurlardan danışmışdır. Ölkədə gedən geniş quruculuq işlərinin əyani nümunəsini Qəbələnin, o cümlədən Yengicə kəndinin timsalında görməyin mümkün olduğunu vurğulamışdır. Tədbirdə çıxış edən kənd sakinləri rayonda görülmüş böyük quruculuq işlərinə, və son illər kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən qayğının artırılmasına görə ölkə başçısına minnətdarlıqlarını ifadə etmişlər. Qəbulda iştirak edən kənd sakinlərinin təklif və müraciətlərinin bir qismi yerindəcə həll olunmuş, digərləri barədə qanunamüvafiq qaydada tədbir görülməsi üçün aidiyyatı təşkilatlara tapşırıqlar verilmişdir.

Keçidlər