Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

RİH Başçısının növbəti səyyar qəbulu Qəbələ şəhər sakinləri ilə keçirilmişdir

20 aprel 2023 | 15:56

Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayevin növbəti səyyar qəbulu şəhər sakinləri ilə keçirilmişdir. Şəhər 5 saylı tam orta məktəbin akt zalında keçirilən qəbul zamanı sakinlərin müraciətləri dinlənilmişdir. Hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi qəbulda icra başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, bölgələrə göstərilən xüsusi diqqət və qayğıdan danışmış, eləcə də Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən layihələrdən söz açmışdır. Qəbul zamanı şəhər sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapmış, bəzi məsələlərin həlli istiqamətində isə RİH Başçısı tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilmişdir. Qəbələ şəhər sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər