Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

 “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilmişdir.

12 aprel 2023 | 12:12

Qəbələ Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı, rayon təhsil sektorunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon şöbəsinin dəstəyi ilə 11 aprel 2023-cü il tarixdə Qəbələ şəhər 2 saylı tam orta məktəbdə “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilmişdir. Yarışın açılış mərasimində rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov çıxış edərək gənc şahinləri salamlamış və “Şahin” hərbi - idman oyununun keçirilməsində məqsədin məktəblilər arasında aparılan hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərinin hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlığını inkişaf etdirməkdən ibarət olduğunu bildirmişdir. Digər çıxış edənlər hərbi-idman oyununun keçirilməsinin məqsəd və vəzifələri barədə danışaraq, komandalara uğurlar arzulamışlar. Yarışda rayonun ümümtəhsil məktəblərinin VIII-X sinif şagirdlərindən ibarət 11 komanda iştirak etmişdir. Yekun nəticəsyə görə Qəbələ şəhər 2 saylı tam orta məktəbin komandası I yerə, şəhər 3 saylı tam orta məktəbin komandası II yerə və Böyük Pirəlli kənd tam orta məktəbin komandası isə III yerə layiq görülmüşdür.Şəki şəhərində keçiriləcək zona yarışında rayonumuzu Qəbələ şəhər 2 saylı tam orta məktəbin komandası təmsil edəcək.

Keçidlər