Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Şanlı Zəfər” adlı intellektual yarış keçirilib

05 noyabr 2022 | 10:53

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yanında “Karyera Mərkəzi”nin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Şanlı Zəfər” adlı intellektual yarış keçirilib. 13 komanda arasında keçirilən yarışda 44 günlük Vətən müharibəsi, Milli Qəhrəmanlarımız və Qarabağın tarixinə dair suallar cavablandırılıb. Gərgin mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə görə “Qələbə” komandası I, “Şuşa” komandası II, “Əsgər” komandası isə III yerin layiq olub. Sonda qaliblərə diplom və hədiyyələr təqdim edilib.

Keçidlər