Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Şəhid Babazadə Elşən Sahib oğlu son mənzilə yola salınıb

14 sentyabr 2022 | 17:00

13 sentyabr 2022-ci il tarixində gecə saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Qəbələ rayon Mıxlıqovaq kənd sakini, sərhəd qoşunlarının hərbi qulluqçusu kiçik gizir Babazadə Elşən Sahib oğlu şəhidlik zirvəsinə ucalmışdır. Şəhid Elşən Babazadənin nəşi dəfn olunmaq üçün doğulduğu Mıxlıqovaq kəndinə gətirilmişdir. Şəhidlə vida mərasimində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərləri, Dövlət Sərhəd Xidmətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Şəhid dəfn edildikdən sonra məzarı üzərinə gül dəstələri qoyularaq ruhuna dualar oxunmuşdur. Elşən Babazadənin nəşinin büküldüyü Azərbaycan Respublikasının üç rəngli bayrağı şəhidin atasına təhvil verilmişdir.

Başın sağ olsun vətən!

Keçidlər