Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Şəhid Babazadə Elşən Sahib oğlunun ailəsi ziyarət edilmişdir

05 noyabr 2022 | 10:42

Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Aqiyə xanım Naxçıvanlı və Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev tərəfindən 13 sentyabr 2022-ci il tarixində erməni silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi təxribat nəticəsində şəhadətə yüksəlmiş Azərbaycan Respublikası Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Babazadə Elşən Sahib oğlunun ailəsi evində ziyarət edilmişdir. Ziyarətçilər şəhidin ailə üzvləri ilə söhbət aparmış onları narahat edən problemlərlə maraqlanmışlar. Şəhidin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər