Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Şəhid Elşən Babazadənin doğum günü münasibətilə xatirəsi anılmışdır

04 aprel 2023 | 17:05

Bu gün 13 sentyabr 2022-ci il tarixində erməni silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi təxribat nəticəsində şəhadətə yüksəlmiş Azərbaycan Respublikası Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Babazadə Elşən Sahib oğlunun doğum günü münasibətilə rayon icra hakimiyyətinin, təhsil sektorunun, Qızıl Aypara Cəmiyyətinin Qəbələ rayon şöbəsinin nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, eləcə də və təhsil aldığı məktəbin kollektivi şəhidin məzarını ziyarət edərək üzərinə gül dəstələri qoymuş və ruhuna dualar oxunmuşdur. Şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə şəhidin valideynləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər