Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun Xatirə Kompleksi ziyarət edilmişdir

24 sentyabr 2022 | 11:05

23.09.2022-ci il tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qəbələ Rayon Bölməsinin əməkdaşları gənc könüllülərlə birlikdə 27 sentyabr Anım Günü ilə əlaqədar 44 günlük Vətən müharibəsinin qəhrəmanı, şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun Qəbələ şəhərindəki Xatirə Kompleksini ziyarət etmiş, önünə gül dəstələri düzmüş, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Rəhbərliyi ilə aparılan 44 günlük müharibədə qazanılmış qələbədən, əsgər və zabitlərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışmışlar.

Keçidlər