Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Siqaretə yox deyək” adlı maarifləndirici tədbir keçirilmişdir

03 dekabr 2022 | 13:08

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Siqaretə yox deyək” adlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd müasir dövrün, bəşəriyyətin ən qlobal problemlərindən biri olan sağlamlığa geri dönüşü olmayan, bu gün əfsuslar olsun ki, gənclərimizin böyük bir qismini öz təsiri altına almış tütün məhsulları və onların törətdiyi bəlalar haqqında tələbələrin maarifləndirilməsindən ibarətdir. Tədbirdə çıxış edənlər tələbələri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə mübarizəyə səsləyir və onları bu maarifləndirmə hərəkatının öncülləri olaraq görmək istədiklərini bildirmişlər. Hər bir gənc ilk növbədə ətrafından başlayaraq tütün məhsullarına qarşı mübarizə aparmalıdır. Bu zərərli vərdişə insanlar adətən gənc yaşlarda başlayır və bir çox hallarda ondan bir daha xilas ola bilmirlər. Siqaretin dəhşətli zərərli təsirləri, ondan xilas olmanın heç zaman gec olmaması barədə, Azərbaycanda xüsusilə gənclər arasında siqaretdən istifadə hallarının artmasının hamını ciddi narahat etməsini dönə-dönə vurğulamışlar. Sonda mövzu ilə əlaqəli videoçarxa baxış keçirilmişdir.

Keçidlər