Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Şuşa ili”nə həsr edilmiş “Xəmsə” Milli İntellektual oyunu üzrə yeniyetmələr arasında rayon çempionatı keçirilib

26 dekabr 2022 | 11:25

Qəbələ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Qəbələ rayonu üzrə Təhsil Sektorunun iştirakı ilə “Şuşa ili”nə həsr edilmiş “Xəmsə” Milli İntellektual oyunu üzrə yeniyetmələr arasında rayon çempionatı keçirilmişdir. Rayon çempionatında yaşı 14-dən 17-dək olan 8 komandadan ibarət yeniyetmələr öz bilik-bacarıqlarını və intellektual səviyyələrini sınamışlar. Yarışın yekununda Nohurqışlaq kənd tam orta məktəbin komandası I yer, Vəndam qəsəbə 1 saylı tam orta məktəbin komandası II yer və Qəbələ şəhər 2 saylı tam orta məktəbin komandası III yerə çıxmışdır. Qalib komandalara rayon Gənclər və İdman idarəsinin kubok və diplomları təqdim edilmişdir.

Keçidlər