Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Teatr və zaman" adlı tədbir keçirilib

10 mart 2023 | 17:25

10 mart 2023 - cü il tarixində Qəbələ Rayon  Tarix-Diyarşünaslıq Muzeyində Milli Teatr Günü ilə əlaqədar "Teatr və zaman" adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə muzeyin direktoru Bəxtiyar Vəliyev açaraq Azərbaycanda milli teatrın yaranması, inkişafı və bu günkü vəziyyəti barədə məlumat vermişdir. Tədbir iştirakçıları 1873-cü il 10 mart tarixində  ilk dəfə nümayiş  olunan tamaşa, həmin tamaşada iştirak edən aktyorlar və ictimaiyyətin teatra münasibəti və tamaşaya qoyulan əsərlər haqqında maraqlı faktlar söyləmişlər. Sonda muzeyin fondunda mühafizə olunan 1962 - ci ildə Qəbələ rayon Mədəniyyət şöbəsində yaranmış Cəlil Məmmədquluzadə adına xalq teatrında hazırlanmış tamaşalara, göstərilən mədəni xidmətlərə aid fotoşəkillər və qəzet materiallarından ibarət sərgiyə baxış keçirilmişdir.

Keçidlər