Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

 “Tovuz döyüşləri” nin ikinci ildönümü münasibətilə tədbirlər keçirilmişdir

13 iyul 2022 | 18:58

Bu gün Qəbələ rayonunun Vəndam  qəsəbə 1 və 2 saylı tam orta məktəblərində Tovuz döyüşlərinin ikinci ildönümünə həsr olunmuş anım tədbirləri keçirilmişdir. Tədbirlərdə Dövlət  Himni səsləndirilmiş, torpaqlarımız uğrunda  şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər qeyd etmişlər ki, 2020-ci il iyul ayında Erməni silahlı qüvvələrinin təcavüzünə cavab olaraq başlanılmış Tovuz döyüşləri xalqımızın, eləcə də ordumuzun hər bir əsgər və zabitinin Ali Baş Komandan cənab İlham Əliyevin  ətrafında daha sıx birləşməsinə zəmin yaratmışdır. Bu döyüşlərdə qazanılan qələbədən sonra təcavüzkar erməni birləşmələrini hər an acı məğlubiyyətə düçar etməyə qadir olan güclü bir ordumuzun  olduğuna xalqımızın inamı daha da artdı. Bunu 44 günlük müharibədə qazanılan qalibiyyət bir daha sübut etdi. Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, digər zabit və əsgərlər haqqında video-çarx nümayiş etdirilmiş, şagirdlər şəhidlərimizə həsr olunmuş şeir və mahnılar ifa etmişlər.

Keçidlər