Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Türkiyə Respublikasından ölkəmizə gəlmiş bir qrup peşəkar klinik-psixoloq, psixoterapevtlər tərəfindən Qəbələdə reabilitasiya işi davam etdirilir

12 sentyabr 2022 | 12:36

05.09.2022-ci il tarixdən başlayaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyə Respublikasından ölkəmizə gəlmiş bir qrup peşəkar klinik-psixoloq, psixoterapevtlər tərəfindən nazirliyin psixoloqları ilə birgə Qəbələ rayonu Modul Tipli Xəstəxanada Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin və şəhid ailələri üzvlərinin reabilitasiyası işi davam etdirilir.  Bu günədək klinik-psixoloq və psixoterapevtlər tərəfindən göstərilən xidmətdən 59 nəfər istifadə edib. Göstərilən yardımdan yararlanan qazi və şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirirlər.

Keçidlər