Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ilə tanış olublar

08 dekabr 2022 | 09:27

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gələn və Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdirilən 30 nəfər ukraynalı uşaq və gənc Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olublar. Qonaqlar “Qafqaz Albaniyasının paytaxtı – Qəbələ” filmini, həmçinin Ukraynanın “Virsk” milli folklor rəqs ansamblının nümunəvi çıxışlarından ibarət videoçarxı izləyiblər. Ukraynalı uşaqlar Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla, Qəbələnin tarixi, etnoqrafiyası və folkloruna aid kitablar toplusu ilə tanış olublar. Sonda qonaqlar üçün çay süfrəsi təşkil olunub, xatirə şəkilləri çəkdirilib.

Keçidlər