Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ulu Öndər Heydər Əliyevin  anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyəti” mövzusunda konfrans keçirilmişdir

10 may 2023 | 14:35

10 may 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyəti” mövzusunda konfrans keçirilmişdir. Konfrans iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsinə böyük hörmət və ehtiramlarını bildirmişlər Qəbələ Rayon İcra Hakimiyyətinin, idarə müəssisə və təşkilatların nümayəndələrinin, ziyalıların, ağsaqqalların və rayon ictimaiyyətinin iştirakı ilə keçirilən konfransda ilk olaraq Mədəniyyət Mərkəzinin  foyesində təşkil edilmiş Ulu Öndər Heydər Əliyevin Qəbələyə səfərlərini, həmçinin, şəxsi həyatını, iştirak etdiyi beynəlxalq toplantıları və dünya liderləri ilə görüşlərini əks etdirən foto-sərgiyə baxış keçirilmişdir.  Mədəniyyət Mərkəzinin akt zalında keçirilən konfrans Azərbaycanın Dövlət Himni səslənməsi ilə başlamışdır. Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev konfransda məruzə ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətindən geniş şəkildə danışmış, Dövlət müstəqilliyimizin möhkəmləndirilməsində misilsiz xidmətləri olmuş, xalqımızın xilaskarı, dahi lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük layihələrdən, iqtisadi islahatlardan, Ulu Öndərin bölgələrə, o cümlədən Qəbələ rayonuna səfərlərinin əhəmiyyətindən bəhs etmiş, Ümummilli Liderin təməlini qoyduğu  daxili və xarici siyasət kursunun, dövlət quruculuğu konsepsiyasının Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini və yeni çalarlarla zənginləşdirildiyini diqqətə çatdırmışdır.  Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Əsrin adamı 100” sənədli filmi nümayiş olunmuşdur.

 

Keçidlər