Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş mini-futbol üzrə Qəbələ rayon turniri

06 may 2022 | 12:36

Qəbələ Rayon Gənclər və İdman idarəsi, YAP Qəbələ Rayon Təşkilatı və Rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş məktıblər arasında mini-futbol üzrə Qəbələ rayon turniri keçirilmişdir. Açılış mərasimində çıxış edənlər turnirin keçirilməsində məqsədin Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanımızın inkişafı yolunda gördüyü işləri, hər bir sahədə olduğu kimi idman sahəsində apardığı islahatları ictimaiyyətə çatdırmaq, həmçinin rayonda idmanın kütləviliyinə nail olmaq, yeniyetmə və gənc idmançılarda yarış təcrübəsini və ustalığı inkişaf etdirmək, futbol idman növünü gənclər arasında təbliğ etməkdən ibarət olduğunu qeyd etmişlər. Turnirin yekun nəticəsinə əsasən Qəbələ şəhər 5 saylı tam orta məktəbin komandası I yeri,  Qəbələ şəhər 3 saylı tam orta məktəbin komandası II yeri  və Mirzəbəyli kənd tam orta məktıbin komandası III  yeri tutmuşlar. Qaliblərə rayon Gənclər və İdman İdarəsinin kubok və diplomları təqdim edilmişdir.

Keçidlər