Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş  "Ürəklərdə əbədi yurd salan insan" adlı tədbir keçirilmişdir

09 dekabr 2022 | 17:19

09 dekabr 2022-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş "Ürəklərdə əbədi yurd salan insan" adlı tədbir keçirilmişdir.Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər dahi şəxsiyyət Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışmış, ümummilli liderin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz rolundan bəhs etmiş və bu siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla və əzmlə davam etdirildiyini diqqətə çatdırmışlar. Sonda Mərkəzin tələbələri tərəfindən şeirlər səslənmiş, video-çarxlar izlənilmişdir.

Keçidlər