Şriftin ölçüsü :

Saytın rəngi :

Varşava Böyük Kahinlər Seminariyasının rektoru Voyçex Bartkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Qəbələyə səfər etmişdir

10 sentyabr 2022 | 11:37

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi və "Həyat sözü" Xristian dini icmasının birgə təşkilatçılığı ilə Varşava Böyük Kahinlər Seminariyasının rektoru Voyçex Bartkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti 7-14 sentyabr tarixlərində Azərbaycana səfər etmişdir. Azərbaycandakı dini həmrəylik, tolerantlıq mühiti, xristian, eləcə də alban dini məbədləri, polyak mirası və icması ilə tanışlıq məqsədilə ölkəmizə gələn nümayəndə heyəti 9 sentyabr 2022-ci il tarixdə Qəbələ rayonuna səfəri çərçivəsində Azərbaycanın Alban-Udi dini icmasının sədri Robert Mobili ilə görüşmüş, Nic qəsəbəsində yerləşən qədim Alban abidələrini ziyarət etmiş və Qəbələ şəhərinin görməli, tarixi yerləri ilə tanış olmuşlar.

Keçidlər