Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Vətən  müharibəsi - 44  günlük  Zəfər tariximiz”ə həsr olunmuş tədbir keçirilib

29 oktyabr 2022 | 11:49

28 oktyabr 2022-ci il tarixində Qəbələ rayon Heydər Əliyev Mərkəzində “8 noyabr – Zəfər Günü” nə həsr olunmuş “Vətən  müharibəsi - 44 günlük Zəfər tariximiz” adlı tədbir keçirilib. Tədbirdə öncə Azərbaycanın Dövlət Himni səslənib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Tədbiri giriş sözü ilə açan Qəbələ rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi  Kəmalə Qasımova qeyd edib ki, 2020- ci il  sentyabrın 27 -də başlayan II  Qarabağ - Vətən müharibəsi nəticəsində düşmən tapdağı altında olan qədim torpaqlarımız  44 gün ərzində  işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan , rəşadətli ordu və iradəli xalq birliyi nəticəsində qazanılmış Qələbə nəinki Azərbaycan tarixində, eləcə də bütün dünyada görünməmiş hadisə idi. Azərbaycan xalqı öz liderinin ətrafında daha möhkəm birləşərək bu möhtəşəm zəfərə imza atdı. Sonda “Zəfər gününə” həsr olunmuş sənədli film nümayiş etdirildi.

Keçidlər