Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən müharibəsi qaziləri və iştirakçılarına bal arısı ailələri paylanılıb

13 aprel 2023 | 16:46

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Arıçılığın inkişafı mərkəzi”nin yaradılması layihəsi çərçivəsində 12 aprel 2023-cü il tarixində Qəbələ rayonunun Zarağan kəndində (“Tofiqoğlu” arıçılıq təsərrüfatı) Vətən müharibəsi qaziləri və iştirakçılarına bal arısı ailələri paylanılıb. Layihənin həyata keçirilməsində məqsəd müharibə iştirakçılarının məşğulluğunun təmin edilməsidir. Vətən müharibəsi qaziləri və iştirakçıları bu layihənin əhəmiyyətindən danışaraq arıçı kimi uğurla fəaliyyət göstərəcəklərindən əminliklərini ifadə etmiş, dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər