Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən Müharibəsi Qəhrəmanı Əfqan Abdurrahmanovun xatirəsinə həsr olunmuş “Vətən sevdalısı” kitabının təqdimat mərasimi keçirilib

25 may 2023 | 16:35

25 may 2023-cü il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Vətən Müharibəsində şəhid olmuş, Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Əfqan Abdurrahmanovun xatirəsinə həsr olunmuş “Vətən sevdalısı” kitabının təqdimat mərasimi keçirilib. Rayon icra hakimiyyətinin, idarə və təşkilatların nümayəndələrinin, Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazi və müharibə iştirakçılarının, Əfqan Abdurrahmanovun ailə üzvləri, döyüş yoldaşları, təhsil aldığı və adını daşıdığı məktəbin müəllim kollektivinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamış, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirin keçirilməsində məqsəd vətən uğrunda canından keçən şəhidlərin xatirəsini daim yaşatmaq və əbədiləşdirməkdir. Tədbirdə çıxış edənlər Əfqan Abdurrahmanovun qəhrəmanlıqlarından bəhs etmiş, onunla bağlı xatirələrini danışmış, kitab haqqında öz təəsüratlarını söyləmişlər. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Sonda Əfqan Abdurrahmanovun həyat yolunu əks etdirən film təqdim edilmiş və şəhidin adını daşıyan Qəbələ şəhər 3 saylı tam orta məktəbin şagirdləri tərəfindən şeirlər səsləndirilmişdir.

Keçidlər