Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

   Vətən müharibəsi şəhidi Ruslan İdrisovun ailəsi ilə görüş keçirilib

20 iyun 2022 | 15:32

18 iyun 2022-ci il tarixdə rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən Vətən müharibəsi şəhidi, Qəbələnin igid oğullarından biri olan İdrisov Ruslan Qalib oğlunun ailəsi ilə görüş keçirilmişdir. Görüşdə şəhidin ailə üzvləri ilə söhbət aparılaraq, problemləri ilə maraqlanılmışdır. Şəhid Ruslan İdrisovun ailə üzvləri onlara göstərilən diqqət, qayğı və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər