Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Vətən müharibəsi” şəhidlərinin xatirəsinə həsr edilmiş gənclər arasında futbol üzrə xatirə turniri keçirilmişdir.

13 oktyabr 2022 | 11:26

Qəbələ Rayon İcra Hakimiyyəti və rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə “Vətən müharibəsi” şəhidlərinin xatirəsinə həsr edilmiş gənclər arasında futbol üzrə xatirə turniri keçirilmişdir. 26 sentyabr 2022-ci il tarixdə Qəbələ Olimpiya İdman Kompleksinin stadionunda start verilmiş, xatirə turnirinə rayonun qəsəbə və kəndlərindən 12 komanda qatılmışdır. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən final oyununda  Soltannuxa kənd komandası turnirin qalibi olmuşdur. 12 oktyabr 2022-ci il tarixdə keçirilən turnirin bağlanış və mükafatlanma mərasimində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Qəbələ Rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov turnirin keçirilməsinin məqsəd və vəzifələri haqda danışmışdır. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev çıxış edərək torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş Vətən müharibəsində şəhid olanların tarixə qəhrəmanlıq salnaməsi yazdıqlarını, onların xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyini və şəhidliyin müqəddəs bir zirvə olduğunu qeyd etmiş, bu cür yarışların keçirilməsinin gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclərə sağlam həyat tərzinin aşılanması, onların vətənpərvərlik ruhunda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunun artırılması,  futbolun kütləviliyinə nail olmaq, rayon gəncləri arasında futbolun təbliği, futbolçuların idman ustalıqlarının artırılmasında böyük rolu olduğunu vurğulamış və qalib komandalara uğurlar arzulamışdır. Sonda hakimlər heyətinə və qalib komandalara xatirə hədiyyələri, kubok və  diplomlar təqdim edilmişdir.

Keçidlər